İdman

Qaradağın icra başçısı uduzdu

Qaradağın icra başçısı uduzdubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) yeni prezidenti məlum olub.

7times.az xəbər verir ki, dünən keçirilən növbədənkənar Konqresdə rusiyalı Umar Kremlyov yeni prezident seçilib.

Koronavirus pandemiyası səbəbindən onlayn təşkil edilən tədbirdə Kremlyov respondentlərin 57,33 faiz səsini toplayıb. Yeni prezident 2017-ci ildən çalışdığı Rusiya Boks Federasiyasının baş katibi vəzifəsindən istefa verib. 38 yaşlı Kremlyov eyni zamanda Avropa Boks Konfederasiyasının birinci vitse-prezidentidir.

Qeyd edək ki, AİBA prezidentliyinə ümumilikdə 7 namizəd təsdiqlənmişdi ki, onlardan biri Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti, Qaradağ rayonunun icra başçısı Süleyman Mikayılov olub. / Apasport.az