Ölkə

Qaxda qısqanc bəy öz toyunda qonağı bıçaqladı

Qaxda qısqanc bəy öz toyunda qonağı bıçaqladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qaxda bıçaqlanma hadisəsi olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan 7Times.az-a bildirilib ki, Qax rayon sakini, 1998-ci il təvəllüdlü Yamən Şıxəmirlinin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olması barədə polisə məlumat daxil olub.

Y.Şıxəmirliyə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Gədəbəy rayon sakini, 2002-ci il təvəllüdlü Ariz Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Oxu.az-ın əldə etdiyi məlumata görə, hadisə Qax şəhərində yerləşən şadlıq saraylarının birində keçirilən toy mərasimində baş verib.

2002-ci il təvəllüdlü Ariz Əhmədov hadisəni öz toyu zamanı törədib. Y.Şıxəmirli həmin toyda qonaq qismində çıxış edib. A.Əhmədov hadisəni qısqanclıq zəminində törədib.