İdman

Qayınatasını döyən beşqat dünya çempionu azadlığa çıxdı – FOTO

Davaya səbəb ailə münaqişəsi zəminində başlayan mübahisələr olub.

Qayınatasını döyən beşqat dünya çempionu azadlığa çıxdı – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Neftçi” idman klubunun kikboksinq bölməsinin rəhbəri, “Xocalı” idman klubunun prezidenti, kikboksinq üzrə beşqat dünya çempionu Ehram Məcidov azadlığa çıxıb.

7times.az xəbər verir ki, bununla bağlı E.Məcidovun tələbələri sosial şəbəkədə foto paylaşıblar.

Xatırladaq ki, Ehram Məcidov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə üç il altı ay müddətinə azadlıqdan məhrum edilmişdi. Bakı Apellyasiya Məhkəməsi isə onun cəzasını ağırlaşdıraraq altı il altı ay etmişdi.

Bu il fevralın 22-də Ali Məhkəmə E.Məcidovun cəzasını 6 il 6 aydan 3 ilə endirib.

İş üzrə zərərçəkmiş şəxs – Ehram Məcidovun qayınatası, 1953-cü il təvəllüdlü Bəhruz Dilbazidir. Davaya səbəb ailə münaqişəsi zəminində başlayan mübahisələr idi.

Ehram Məcidov qayınatası Bəhruz Dilbazini döyməkdə ittiham edilir.

Ona qarşı Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar şəkildə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) və 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma; ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) və 228-ci (soyuq silah gəzdirmə) maddələri ilə ittiham irəli sürülmüşdü.