Dünya

Qazaxıstan prezidenti etirazçılara müraciət etdi: “Xahiş edirəm…” + VİDEO

Qazaxıstan prezidenti etirazçılara müraciət etdi: “Xahiş edirəm…” + VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanın bir sıra yerlərində ötən gündən etibarən başlayan kütləvi etiraz aksiyaları davam edir.

Qazaxıstan mediasının məlumatına görə, Prezident Kasım -Jomart Tokayev nümayişçilərə müraciət edib. Dövlət başçısı onlardan sabitliyi bərpa etməyi xahiş edib: “Hökumət səlahiyyətləri çərçivəsində stabilliyi təmin etmək məqsədilə Manqistau vilayətində maye qazın qiymətinin 50 təngəyə salınması ilə bağlı qərar verib. Nümayişçilərə müraciət edərək onlardan destruktiv simaların çağırışlarına əməl etməməyi xahiş edirəm. Həmin şəxslər bizim cəmiyyətin həmrəylik və stabilliyinin pozulmasında maraqlıdırlar.
Etirazçıların digər sosial-istisadi xarakterli tələblərinə sabah paytaxtda keçiriləcək toplantıda ayrıca baxılacaq”.
Xatırladaq ki, daha əvvəl etirazlarla əlaqədar Aktauda Prezident Administrasiyasının üzvləri də daxil olmaqla hökumət komissiyası öz işinə başlayıb. Etirazlardan sonra Manqistauda 1 litr maye qazın qiyməti endirilib və 50 təngə (0.11 dollar) məbləğində müəyyən edilib.