Dünya

Qazaxıstanda 140-dan çox məktəbli qidadan zəhərlənib

Qazaxıstanda 140-dan çox məktəbli qidadan zəhərlənibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanın Manqistau vilayətində kütləvi qida zəhərlənməsi nəticəsində 141 nəfər zərər çəkib.

“Report”un məlumatına görə, bu barədə yerli KİV Regional Səhiyyə İdarəsinə istinadən xəbər yayıb.

Qeyd olunur ki, sentyabrın 6-da axşam saatlarında Munaylı rayonundakı 8 saylı məktəbin şagirdləri qarın ağrısı və bədən istiliyinin yüksəlməsindən şikayət etməyə başlayıblar.

“Hazırda regionda xüsusi qərargah yaradılıb, 82 nəfər ev nəzarətindədir, 16 uşaq isə xəstəxanadadır İstintaq başlayıb”, – məlumatda deyilir.

Zəhərlənmənin səbəbləri aydınlaşdırılır.