Cəmiyyət

Qazinin problemləri həll olundu – VİDEO

backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Salyanın Piratman-Gəncəli kəndində yaşayan Ceyhun Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi məzunudur. Ordu sıralarında artilleriyaçı kimi xidmət edib.13 il sonra isə tərxis olunub. Ehtiyata buraxılan hərbçi hələ Tovuz döyüşləri zamanı orduya yenidən qayıtmaq üçün könüllü olaraq müraciət edib. Vətən Müharibəsi başlayanda isə sentyabrın 28-də döyüşə qatılıb. Ceyhun Müharibənin 44-cü gününədək döyüşüb. Xidməti borcunu layiqincə yerinə yetirərək yenidən sağ-salamat tərxis olunub.Müharibədə göstərdiyi şücaətlərə görə Prezident İlham Əliyev tərəfindən 3 medalla təltif edilib. Hazırda həyat yoldaşı , 2 övladı , qardaşı və valideyinləri ilə gördüyünüz bu uçub dağılmış evdə yaşayır.

7times.az Real TV-yə istinadən xəbər verir ki, müsahibim bildirir ki,vaxtilə valideynlərinə məxsus pay torpağını insult keçirmiş atasını və xəstə anasını müalicə etdirmək üçün satdığına görə hazırda əlində pul qalmayıb. Bu səbəbdən də atasının müalicəsi yarıçmıq qalıb.

Salyan Rayon İcra Hakimiyyətinə müraciət etdiyimiz zaman məlum oldu ki,RİH-də Ceyhun Ağayevin problemindən xəbərdardılar.”Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin müdiri Rəşad Kərimov bildirdi ki,Ceyhunun iş probleminin həll edilib və o yaxın zamanda yanacaqdoldurma məntəqəsində işə başlayacaq.Torpaq sahəsinə gəlincə isə Rayon İcra Hakimiyyətinin rəsmisi bildirdi ki,yalnız şəhid ailələrinin RİH tərəfindən torpaq sahəsi ilə təmin olunması nəzərdə tutulub ancaq Ceyhun Ağayevin bu yöndəki müarciəti də nəzərə alınıb.Yəni,Piratman-Gəncəli kənd bələdiyyəsi tərəfindən ailəyə torpaq sahəsi ayrılıb. Sənədləşmə işləri yekunlaşandan sonra məsələ öz həllini tapacaq.