Ölkə

“Qəbələ” Premyer Liqaya vəsiqəni təmin etdi

“Qəbələ” Premyer Liqaya vəsiqəni təmin etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qəbələ” futbol klubu futbol üzrə Azərbaycan Premyer Liqasına vəsiqəni təmin edib.

7Times.az xəbər verir ki, “Qəbələ” buna I Liqanın XX tur oyununda “Baku Sporting” klubuna səfərdə 5:0 hesabı ilə qalib gələrək nail olub.

Bu qələbə ilə xallarını 52-yə çatdıran bölgə komandası 4-cü pillədəki “Baku Sportinq” üçün əlçatmaz olub. Çempionatın yekununa 7 tur qaldığı üçün “Qəbələ” ən azı 3-cü pilləni təmin edib.

Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, növbəti mövsüm Premyer Liqada 12 komanda iştirak edəcək, I Liqadan isə 3 klub əsas liqaya yüksələcək.