Region

Qəhrəmanımız yaşasaydı 19 yaşı tamam olacaqdı – Fotolar 

Qəhrəmanımız yaşasaydı 19 yaşı tamam olacaqdı – Fotolarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2-ci Qarabağ müharibəsi Şəhid Əkpərov Cabar Əşrəf oğlunun doğum günüdür. Yaşasaydı qəhrəmanımızın 19 yaşı tamam olacaqdı.

7times.az xəbər verir ki, Əkpərov Cabar Əşrəf oğlu 17 iyul 2002-ci ildə Xaçmaz rayonunun Müşfiq kəndində anadan olub.
Tarverdi Bayramov adına Müşkür kənd tam orta məktəbinin məzunu olan Cabar Kiqboksinq idman növünə marağ göstərir, 2014-cü ildən idmanın bu növü ilə məşğul olmağa başlayır. O, zamanla böyük nailiyyətlər əldə edərək 9 medal, 13 diploma layiq görülüb.

O, 2020-ci ilin iyul ayının 27-də Goronboya hərbi xidmətə yola salınır. 27 sentyabr tarixindən isə Vətən müharibəsində iştirak edir. Müharibənin 67-ci günündə Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olur.

Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməlyatlarında yüksək peşəkarlıqla iştirak etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində rəşadət göstərmişdir.

Şəhid Əkpərov Cabar Əşrəf oğlu Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra) medal ilə təltif edilib.

Ad günün mübarək, Şəhidim!
Məkanın cənnət olsun!

Müşfiq Qərib