Qırğızıstan və Tacikistan sərhəddəki vəziyyətlə bağlı danışıqların yeni raundu üçün hazırlıqlara başlayıb.
7Times.az xəbər verir ki, bu barədə “İnterfaks”a Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
“Qırğızıstan-Tacikistan sərhədindəki vəziyyətin nizamlanması üçün yeni danışıqlar Tacikistanın Soqd vilayətinin İsfara rayonunun Kulkənd kəndində aparılır”, – deyə məlumatda bildirilir.
İclasda iki ölkənin xüsusi xidmət orqanlarının rəhbərləri – Kamçıbek Taşiyev və Saymumin Yatimov iştirak edir.
Sentyabrın 17-də Qırğızıstanın Tacikistanla həmsərhəd olan Batken vilayətində fövqəladə vəziyyət rejimi tətbiq edilib. Hakimiyyət bu addımı Tacikistan tərəfi ilə toqquşmadan sonra atıb. Qırğızıstan-Tacikistan sərhədində silahlı toqquşmalar sentyabrın 14-ü səhər saatlarında başlayıb. Tərəflər bir-birini top atəşinə tutmaqda ittiham ediblər.
Follow @7timesaz