Çinli para-atlet Zheng Tao üzgüçülük üzrə Paralimpiya Oyunlarında 4-cü qızıl medalını qazanıb.
7Times.az xəbər verir ki, o, 50 metr məsafəyə arxası üstə üzmə yarışlarında 31,42 saniyə nəticə ilə dünya rekordu qırıb.
Yarışlardan sonra Tao 1 yaşını qeyd edən qızına mesaj göndərib: “Qızım, bax qollarım olmasa da, çox sürətli üzürəm”.
Daha sonra jurnalistlərə açıqlamasında o, bunları qeyd edib: “Tokio-2020-də mənim üçün son yarış idi. Düşünürəm ki, elə bu mənim üçün indiyə qədər ən yaxşı yarışım idi”.