Hadisə

Qonaq getdiyi evin pəncərəsindən özünü atdı

Qonaq getdiyi evin pəncərəsindən özünü atdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bərdədə 30 yaşlı qadın intihara cəhd edib.

7times.az-ın məlumatına görə, hadisə rayonun H.Əliyev prospektində, hündürmərtəbəli yaşayış binasının birində baş verib.

Belə ki, Bərdə rayon sakini, 1991-ci il təvəllüdlü Türkan Şükürova yaxın qohumlarının evinə qonaq gedib. Elə həmin binanın dördüncü mərtəbəsindən də özünü atıb.

Ağır bədən xəsarətləri alan qadın yaxınlıqda olanların köməyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda T.Şükürovanın vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.qafqazinfo