Sentyabrın 8-də Gürcüstanda zəlzələ baş verib.
7Times.az xəbər verir ki, bu barədə Gürcüstan Yer Elmləri İnstitutu məlumat yayıb.
Bildirilib ki, 4 bal gücündə yeraltı təkanlar yerli vaxtla saat 08:52-də Axalkalakidən 21 kilometr şimalda, Balanta kəndi ərazisində qeydə alınıb.
Dağıntı və tələfatın olub-olmaması barədə məlumat verilməyib.
Follow @7timesaz


