Gündəm

Quba polisi xanımları “8 Mart” münasibətilə təbrik edib – FOTOLAR

Quba polisi xanımları “8 Mart” münasibətilə təbrik edib – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi və Post Patrul Xidməti Bölməsinin əməkdaşları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xanım sürücü və piyadaları təbrik ediblər.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan 7Times.az-a verilən məlumata görə, rayon ərazisjndə, xüsusilə mərkəzi yollarda sükan arxasında olan 10-a yaxın qadın sürücü saxlanılıb. Polis əməkdaşları həmin sürücüləri, eləcə də nəqliyyat vasitəsində olan xanımları, azyaşlıları təbrik edərək onlara gül və müxtəlif hədiyyələr veriblər.

Tədbir zamanı parkda dincələ xanımlar da diqqətdən kənarda qalmayıblar. Polis əməkdaşları onları da bayram münasibətilə çiçək və müxtəlif hədiyyələrlə təbrik ediblər.

7Times.az