Quba rayon Heydər Əliyev Mərkəzində Quba Rayon Ağsaqqallar Şurasının son bir ildə gördüyü işlərlə bağlı hesabat konfransı keçirilmişdir. Konfransdan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov və rayon Ağsaqqallar Şurasının sədri İldırım Məmmədov tərəfindən Ulu Öndər Heydər Əliyevin adını daşıdığı mədəniyyət və istirahət parkında Ümummilli Liderin abidəsi ziyarət olunmuşdur.
Konfransda Rayon İcra Hakimiyyəti başçısı İlqar Mahmudov, Respublika Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov, Respublika Ağsaqqallar Şurasının və Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayon Ağsaqqalar Şurasının üzvləri iştirak etmişdir.
Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin qurucusu və memarı olduğu Azərbaycan dövlətinin müstəqilliyini onun siyasi kursunun varisi olan ölkə Prezidenti cənab İlham Əliyevin apardığı daxili və xarici siyasəti daim yüksək qiymətləndirdiklərini vurğulamışlar, xalqımızın əldə etdiyi tarixi nailiyyətlərə bundan sonra da dəstək olacaqlarını bildirmişlər. Konfransda rayon ağsaqqallarının təklif və istəkləri dinlənilmişdir.






