Quba rayonunda qanunsuz fəaliyyət göstərən qum-çınqıl karxanalarının fəaliyyəti dayandırılıb, avadanlıq və texnikaların ərazidən çıxarılmasına başlanılıb.
7Times.az xəbər verir ki, bu barədə Quba Rayon İcra Hakimiyyəti məlumat yayıb.
Bildirilib ki, Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovun 9 oktyabr 2026-cı il tarixli sərəncamı ilə yaradılan komissiya rayon ərazisində fəaliyyət göstərən qum-çınqıl karxanalarını araşdırıb.
Araşdırmalar zamanı qanunsuzluqlar aşkar edilən karxanalara rəsmi xəbərdarlıqlar təqdim olunub və fəaliyyətlərini tamamilə dayandıraraq əraziləri boşaltmaları tapşırılıb.
Hazırda həmin karxanalardakı inventar və avadanlıqların, eləcə də texnikaların sökülərək ərazidən çıxarılmasına başlanılıb.
İcra Hakimiyyətindən qeyd olunub ki, işlərin qısa müddətdə başa çatdırılması nəzərdə tutulur.
Bu istiqamətdə aidiyyəti şəxslərə bir daha ciddi xəbərdarlıq edilib.



