Ölkə

Qubada ağacəkmə aksiyası keçirilib – FOTOLAR

Qubada ağacəkmə aksiyası keçirilib – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Quba rayonu ərazisində ağacəkmə aksiyası təşkil olunub.

Rayonun əsasən Zərdabi,Qaraçay,Vəlvələ,1-ci və 2-ci Nügədi kəndləri ərazisində təşkil edilən ağacəkmə aksiyasında iştirakçılar rayonun təbii şəraitinə uyğun olaraq çinar, Eldar şamı, tuya və küknar tingləri əkiblər.

Aksiya iştirakçıları ağac əkməklə yanaşı, təmizlik-abadlıq işləri də apararaq ərazini alaq otları və daşlardan təmizləyib, yeni əkilən ağacları suvarıb və əvvəllər əkilən tinglərə aqrotexniki qulluq göstəriblər.

Ümumilikdə payız və yaz mövsümündə Quba rayonu ərazisində 30 mindən artıq ağac əkilib.