Sağlamlıq

Qulaq şamının faydaları: cingiltini, uğultunu azaldır, ağrını dayandırır

Qulaq şamının faydaları: cingiltini, uğultunu azaldır, ağrını dayandırırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qədim Çin xalq təbabəti müalicəsi sayılan qulaq konusları və ya termal-aurikulyar terapiya olaraq da bilinən qulaq şamları qulaq kanalından çirklərin çıxarılması üçün istifadə edilən alternativ sağlamlıq məhsullarıdır.

Qulaqda olan cingilti, uğultu, vasbalena üçün, zəif eşitmənin qarşısını almaq üçün istifadə edilir. İstifadə qaydası çox sadədir. Heç bir əks təsiri yoxdur

Qulaq şamından istifadə etmək üçün konik ucu qulaq kanalına daxil edilir və digər ucu yandırılır. Şam yandıqca əriyən mum qulağın daxilini təmizləyir. İddialara görə, qulaq şamı terapiyası sinus təzyiqini azaltmağa da kömək edir.

Buna baxmayaraq, qulaq şamlarının effektivliyini dəstəkləyən elmi sübutlar azdır. Bəzi tibb mütəxəssisləri qulaq şamlarının istifadəsinin təhlükəli ola biləcəyini də deyirlər. Şamın yanması qulağın, üzün və ya baş dərisinin zədələnməsinə və ya yanmasına səbəb ola bilər.

2010-cu ildə ABŞ Ərzaq və Dərman İdarəsi qulaq şamlarının təhlükəli olduğunu və heç bir elmi sübutu olmadığını əsas gətirərək istifadə edilməməsini tövsiyə edib.

İstifadə qaydası: Qulaq şamları aspirator sistemi adlanan üsul ilə işləyir. İçi boş huni şəklində olan şamın bir ucu qulağa söykənir və şamın xarici ucu yandırılır. Yanan şamın 8-10 dəqiqə ərzində buraxdığı istilik qulaqa və onun dərinliklərinə nüfuz edərək qan axınını sürətləndirir. Yığılmış tıxaclar və kirlər bu istilik sayəsində yumşalmaqa başlayır. Yaradılan vaakum effekti tıxac və kiri çıxarır. Prosedurun sonunda qulağınızda olan tıxac, kir və digər yad maddələrin bir qismi buraxılır, bir qismi isə şamda qalır. Çox faydalı məhsuldur və heç bir əks-təsiri yoxdur.

 Qulaq şamının sağlamlığa faydaları:

Qulaq mumu yığılmasını həll edir.

Qulaq ağrısını dayandırır.

Qulaqdakı cingiltini, uğultunu dayandırır.

Boğaz ağrısını təmizləyir.

Başgicəllənməni dayandırır.

Stressi azaldır.

Saglamolun.Az