İdman

Qurban Qurbanovdan “Beşiktaş” açıqlaması

Qurban Qurbanovdan “Beşiktaş” açıqlamasıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov “Beşiktaş”ın baş məşqçisi vəzifəsinə namizədlər sırasında olmasına münasibət bildirib.

7Times.az  qol.az-a istinadən xəbər verir ki, o, Azərbaycan Premyer Liqasının 31-ci turunda “Qəbələ”yə qarşı keçirilən matçdan (2:2) sonra bununla bağlı deyib:
“Bu barədə çox fikir bildirmək istəmirəm. İki aydır söz-söhbətlər çoxdur. Bunu xoşlamıram. Bu barədə danışmasaq, daha yaxşı olar. Çünki, bildirilən hər fikir əlavə suallar doğurur. Sakitlikdir”.
Qeyd edək ki, “Beşiktaş”ın Xarici Əlaqələr üzrə Departament rəhbəri Meriç Müldür “ARB 24” kanalına açıqlamasında Q.Qurbanovun baş məşqçi vəzifəsinə namizədlər sırasında olduğunu deyib.