İdman

Qurban Qurbanovdan transfer etmək istədiyi futbolçular haqda AÇIQLAMA

Qurban Qurbanovdan transfer etmək istədiyi futbolçular haqda AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

7Times.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 34-cü turunda “Araz-Naxçıvan”a 2:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

O deyib ki, texniki səhvlər çox olub:

“Amma ümumən yaxşı diqqət, konsentrasiya var idi. Qələbə qazanmaq istəyirdilər.

Futbolçularımın oyuna yanaşmasından razı qaldım. Bəzi oyunçular oyun ritmindən uzaq idilər.

Amma 90 dəqiqə ərzində qalib gəlmək üçün xeyli güc sərf etdilər. Rəqibə uğurlar arzu edirəm”.

Mütəxəssis bildirib ki, yerli çempionatda yaxşı legionerlər var:

“Mənim diqqətimi cəlb edənlər var. Amma əfsuslar olsun ki, o oyunçular özləri öz komandalarının aparıcı oyunçularıdır.

Ona görə buna ciddi yanaşmırıq. Bəzən inam olur, gözləyirsən, sonda alınmayanda, gec olur.

Daha çox istəyirik ki, kənardan oyunçu dəvət edək. Hər bir halda, daim hər legionerin oyununu nəzərimizdə saxlayırıq.

Sadəcə, klublar elə formalaşıb ki, klub rəhbərləri ilə münasibətimiz var və bəzən danışırıq ki, bizim oyunçulara dəyməyin (gülür). Ona görə bu məsələ inandırıcı görünmür”.

Q.Qurbanov Tahir Gözəlin “Kubok bitdikdən sonra Qurban Qurbanovla oturub transferlərlə bağlı danışacağıq” sözlərinə belə deyib:

“Yekun olaraq ətraflı müzakirə edirik sonda. Amma ümumi iş rejimimizi saxlamırıq ki, mövsümün sonundan sonra başlayacağıq.

Rahat proses deyil. Mütləq şəkildə işimizi, danışıqlarımızı davam etdiririk.

Hələ qəti heç nə yoxdur ki, kimləsə razılaşdıq. Amma yenə vaxtımız var. Diqqətimizi qarşıdakı oyunlara yönəltmişik”.

Sportinfo.az