Qusar

Qusar məktəblərində nə baş verir?

Qusar məktəblərində nə baş verir?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qusar rayonunun bütün təhsil müəssisələri cəzalandırılıb.Cəza olaraq hər məktəbə müxtəlif məbləğlərdə pul məbləği tətbiq edilib.Təhsil ocağlarının şagird sayına görə bu məbləğ 3000 manatdan 15000 manata qədər dəyişir.

Qısa müddət ərzində bütün məktəb direktorlarına elan edilmiş vəsaitlərin tapılıb qeyd olunan hesaba köçürülməsi üçün tapşırığ verilib.Bundan əlavə direktorlardan bu vəsaitin müəllimlərdən və şagirdlərdən yığılmaması barədə yazılı iltizam alınıb.

Bizə deyilən məbləğlə mənim əmək haqqım düz gəlmir.10000 maaş almıramki dişimi-dişimə sıxıb aparıb verim.Deyirlər müəllimdən alma,şagirddən alma.Bəs bu boyda pulu hardan tapım,nəyimi satım bilmirəm.

Qusar rayon məktəblərindən 7Times.az-a verilən məlumata görə bu pul cəzasının səbəbi seçkilərdir.Beləki bildiyimiz kimi seçki komissiyalarının sədrləri və üzvləri təhsil müəssisələrinin pedaqoji kollektivindən təşkil edilir.Seçki prosesi zamanı onlar tədrislə yox,seçki ilə məşğul olur.Həmin müddətdə dərs jurnallarının doldurulmasını seçkidə iştirak edən müəllimlər həyata keçirdiyi üçün bunun böyük qanun pozuntusu olduğu səbəb göstərilərək məktəblərə pul cəzası kəsilir.Bu göstərişin kim tərəfindən verilməsi sirr saxlanılsada prosesin Hesablama Palatasının regiona ezam olunmuş audit müfəttişləri ilə 2 saylı Maliyyə Hesablaşma mərkəzi tərəfindən aparıldığı bildirilir.Böyük əminimliklə qeyd etmək istəyirəmki Qusar məktəblərində bu proses həm bir xautik hərəkətlilik yaradıb həmdə böyük narazılıqların yaşanmasına rəvac verib.Dövlət üçün  ən önəmli və həssaz bir siyasi prosesdir seçki.Canla başla əziyyət çək axırda cəza al.

Qusarda 30 dan çox məktəb bu pulu versədə digər təhsil müəssisələrində narazılıqlar olduğu üçün vəsaitin toplanılması hələlik dayandırılıb.

Qeyd edim ki,bu proses eyni ilə Xaçmazın təhsil müəsissələrində də aparılır.Heç bir hüquqi əsası olmadan reket kimi bütün məktəblərə bu cəza kəsilib.Məktəblər də bu vəsait müəllimlər arasında dərs saatlarının sayına görə bölüşdürülüb.

Ardı var.

Seymur Feyziyev.