İdman

Qvardiola Premyer Liqada əsas rəqibinin adını açıqladı

Qvardiola Premyer Liqada əsas rəqibinin adını açıqladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasının 5-ci turunda qarşılaşacaqları “Arsenal”la oyundan gözləntilərini bölüşüb.

7Times.az  xəbər verir ki, klubun mətbuat xidməti ispaniyalı mütəxəssisin dediklərini belə təqdim edib:

“Son illərdə oyunlar həmişə gərgin və maraqlı olub. Çünki “Arsenal” yaxşı komandadır, biz də həmçinin. Bir çox aspektlərdə – yüksək pressinq, əks-həmlələr – rəqib bu cəhətlər baxımından tamamilə balanslaşdırılmış komandadır. Ona görə də son iki mövsümdə bizim əsas rəqibimiz olublar.
Mövsümün əvvəlidir, ona görə də bu matç növbəti oyunlar üçün əhval-ruhiyyəyə daha çox təsir edir.

Turnir cədvəlinə gəlincə, bu o qədər də vacib deyil. Mövsümün ikinci yarısında Londona səfərimiz önəmli olacaq. Motivasiya beş turdan sonra beş xal öndə olmaq deyil! Yaxşı matç keçirmək vacibdir”.

“Mançester Siti” ilə “Arsenal” arasında görüş sentyabrın 22-də Mançesterdə keçiriləcək və saat 19:30-da başlayacaq.

Fanat.Az