“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola yarımmüdafiəçiləri Savio və Cek Qrilişin oyununu müqayisə edib.
Fanat.Az xəbər verir ki, kataloniyalı mütəxəssis “The Telegraph”-a bu barədə belə danışıb:
“Mən meydana Savionu buraxıram, çünki o, nəticə verir. İndi o, həm oyun forması baxımından, həm də ümimiyyətlə hər şeydə Cekdən üstündür. Mən bizə trebl qazanmağa kömək edən Qrilişi sərəncamımda görmək istəyirəm, amma ədalətli və dürüst olmalıyam”.
Xatırladaq ki, Cek Qriliş bu mövsüm “Mançester Siti”nin heyətində Premyer Liqada 14 oyuna çıxıb və bir məhsuldar ötürmə edib. Savio 17 matçda 1 qol və 5 məhsuldar ötürmə edib.
Follow @7timesaz