İdman

Rafael Olimpiya ikincisi oldu – Yenilənib

Rafael Olimpiya ikincisi oldu – Yenilənibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Karateçimiz Rafael Ağayev (75 kq.) bu gün Tokio-2020-də mübarizəyə başlayıb.

7Times.az xəbər verir ki, 5 qat dünya, 11 qat Avropa çempionu olan 36 yaşlı idmançımız qrupda keçirdiyi 4 döyüşdən 3-də qalib gələrək ikinci yerin sahibi kimi yarımfinala yüksəlib. Burada o, Karol Harspataki (Macarıstan) ilıə qarşılaşıb. Harspataki Avropa Oyunlarının (2019) bürünc mükafatçısıdır. O, Avropa çempionatında gümüş (2018) və bürünc (2017) medal da qazanıb. R.Ağayev 7:0 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb və ən azı gümüş medalı təmin edib.

Onun rəqibi Ukrayna idmançısı  Stanislav Horunaya qalib gələn Luici Busa (İtaliya) olub. O, ikiqat dünya, beşqat Avropa çempionudur. Ağayev 2015-ci ildə Bakıdakı Avropa Oyunlarının finalında Busaya qalib gəlib. Tokio-2020-dəki qrup matçından isə idmançımız Busaya uduzub (1:3).

Budəfəki finalda Rəfael 0:1 hesabı ilə uduzaraq Yay Olimpiya Oyunlarında gümüş müdal qazanıb.

Agayevin qrupda döyüş proqramı:

1) Rafael Ağayev – Noa Biç – 2:1.
2) Rafael Ağayev – Çuneari Yahiro – 5:0
3) Rafael Ağayev – Nurkanat Ajikanov – 3:2
4) Rafael Ağayev – Luici Busa – 1:3.

Yarımfinal: Rafael Ağayev – Karol Harspataki – 7:0
Final: Rafael Ağayev – Luici Busa – 0:1