Aktual

Ramiz Mehdiyevin icra başçılarına tikdirdiyi mülklər – FOTO / VİDEO

Ramiz Mehdiyevin icra başçılarına tikdirdiyi mülklər – FOTO / VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri olduğu zaman bir çox icra başçısına ev və digər mülklər tikdirib.

7Times.az xəbər verir ki, həmin mülklərin biri Xaçmaz rayonunun Nabran istirahət zonasında yerləşir. 1 hektar ərazidə yerləşən 4 mərtəbəli villa 2012-ci ildə Xaçmazın keçmiş icra başçısı olan Şəmsəddin Xanbabayev tərəfindən tikilərək Ramiz Mehdiyevə hədiyyə edilib. Evin içərisində hovuz və idman meydançası var.

Ramiz Mehdiyevə villa hədiyyə edən icra başçıları arasında Siyəzən rayon icra hakimiyyətinin başçısı olan Novruz Novruzov da var. O, Şabran rayon icra hakimiyyəti başçısı olduğu müddətdə, rayonun Gilavar kəndində 2 mülk tikərək Ramiz Mehdiyevə hədiyyə edib. Kəndin ən ucqar hissəsində yan-yana inşa edilən evlərin biri taxta konstruksiyalıdır. Rayon mərkəzindən 30 km  məsafədə yerləşən bu kənddə Ramiz Mehdiyevin daha bir villasıda var.

7 Times.az həmin villaların şəkillərini təqdim edir: