Ölkə

Ramiz Məlik dəfn olundu – FOTOLAR

Ramiz Məlik dəfn olundu – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti Ramiz Məliklə vida mərasimi başlayıb. Heydər Məscidində baş tutan mərasimə teatr xadimləri, onun sənət yoldaşları və yaxınları qatılıb.

Xalq artisti Nurəddin Mehdixanlı OLAY-a açıqlamasında R.Məlik haqda bu sözləri deyib:

“Ramiz Məlik Azərbaycan teatrının və kinosunun öz imzası olan sənətkar idi. Gənclik illərindən yaşlı halınadək bütün ömrünü Azərbaycan Dövlət Dram Teatrına həsr edib. Təbii ki, heç kəsi itirmək istəmərik. Onlar bizim sənətimizin ağsaqqallarıdır. Ancaq bu, həyatdır bir gün gələn, bir gün bu həyatdan gedir. Son vaxtlar səhnədən uzaqlaşdı, müalicəsi ilə məşğul olurdu. Xəstə olduğu müddətdə dövlətimizin, Mədəniyyət Nazirliyinin nəzarətində olub. Bütün problemləri yüksək səviyyədə həll olunub. Heyif ki, böyük sənətkarlarımızı bir-bir itiririk”.

13.34:
Vida mərasiminə Mədəniyyət nazirinin müavini Səadət Yusifova da qatılıb.