“Real Madrid” yeni sol cinah müdafiəçisi transfer edir.
7Times.az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabları üzərindən tanınmış insayder Nikolo Skira yayıb.
Xəbərə görə, bu, “Milan”ın və Fransa millisinin futbolçusu Teo Ernandesdir. İspaniya təmsilçisinin artıq qarşı tərəflə danışıqlara başladığı bildirilib. Mənbə “qırmızı-qaralar”la müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulan Ernandesin İtaliya nəhəngi ilə anlaşma yeniləmək istəmədiyini və bu səbəbdən onun cari mövsümün sonunda Madrid təmsilçisinə satılmaq ehtimalının böyük olduğunu vurğulayıb.
Qeyd edək ki, 27 yaşlı Teo cari mövsüm bütün turnirlərdə 48 matça çıxaraq 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt” portalı arxa xətt oyunçusunun transfer qiymətini 40 milyon avro ilə dəyərləndirir.
Fanat.Az
Follow @7timesaz