İdman

“Real Madrid” yeni hücumçusunu ictimaiyyətə təqdim etdi – RƏSMİ

“Real Madrid” yeni hücumçusunu ictimaiyyətə təqdim etdi – RƏSMİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Real Madrid”in yeni oyunçusu Endrik təqdim olunub.

Fanat.Az klubun saytına istinadən xəbər verir ki, 18 yaşlı hücumçu Madrid təmsilçisində 16 nömrəli forma geyinəcək. Futbolçu artıq tibbi müayinədən keçib və onunla 2030-cu ilin yayında başa çatacaq müqavilə imzalanıb.

Endrik “Palmeyras”ın yetirməsidir. O, Braziliya təmsilçisinin əsas heyətində 80 oyuna çıxaraq 21 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.