Artıq qızıl medalı təmin edən “Real Madrid” üçün bu gün La Liqa matçında çempionluq dəhlizi açılacaq.
7Times.az xəbər verir ki, “Qranada”nın futbolçuları “Real” üçün dəhlizi yaradacaqlar.
Bu barədə “Mundo Deportivo”ya “Qranada”nın baş məşqçisi Xose Ramon Sandoval məlumat verib.
“Biz öz məqsədlərinə çatanlara hörmət edən peşəkarlarıq. “Real Madrid” yeni çempion kimi koridor və alqışlarımıza layiqdir. Ancaq sıra bitdikdən sonra onları döyüşməyə məcbur edəcəyik. Bu oyunda oyunçularımdan istədiyim budur.
Çempionat kubokunun təqdimatına gəlincə, bu, burada olmayacaq. Məncə, “Real”ın kuboku bura gətirməməsi düzgün olardı”.
La Liqanın 35-ci turunun “Qranada” – “Real” matçı mayın 11-də, saat 20:30-da başlayacaq.
Fanat.Az
Follow @7timesaz