İdman

Teymur Rəcəbov finalda Aronyanla qarşılaşacaq

Teymur Rəcəbov finalda Aronyanla qarşılaşacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Onlayn formatda blits şahmat üzrə “Airthings Masters” turnirində iştirak edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov bu gün növbəti görüşünü keçirib.

7times.az xəbər verir ki, o, rusiyalı Daniil Dubovla qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb. Bununla da Rəcəbov finala adlayıb. O, finalda Ermənistan təmsilçisi Levon Aronyanla qarşılaşa bilər.

Digər yarımfinal görüşündə Ermənistan təmsilçisi Levon Aronyanla Maksim Vaşye-Laqrav qarşılaşır. Hazırda davam edən görüşdə bərabərlik var. Tərəflər arasındakı ilk görüşü Aronyan 3:1 hesabı ilə qazanmışdı.