Karateçimiz Rafael Ağayev (75 kq.) bu gün Tokio-2020-də mübarizəyə başlayıb.
7Times.az xəbər verir ki, idmançımız B qrupunda Luici Busa (İtaliya), Noa Biç (Almaniya), Çuneari Yahiro (Avstraliya) və Nurkanat Ajiqanovla (Qazaxıstan) döyüşəcək. İlk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, ən azı bürünc medalı da təmin edəcək. O, artıq ilk iki döyüşündə qələbə qazanıb.
Agayevin döyüş proqramı:
1) Rəfael Ağayev – Noa Biç – 2:1.
2) Rəfael Ağayev – Çuneari Yahiro – 5:0
3) Rəfael Ağayev – Nurkanat Ajiqanov
4) Rəfael Ağayev – Luici Busa
75 kq. çəkidə A və B qrupunda döyüşlər Bakı vaxtı ilə saat 12.00-da başlayıb.
Qeyd edək ki, beşqat dünya çempionu Ağayevin əsas rəqibi Luici Busa sayılır. O, ikiqat dünya, altıqat Avropa çempionudur. Ağayev 2015-ci ikdə Bakıdakı Avropa Oyunlarının finalında Busaya qalib gəlib. Digər rəqib Noa Biç Avropa çempionu, dünya çempionatının gümüş və bürünc mükafatçısıdır. Çuneari Yahiro isə Dünya Oyunlarının bürünc mükafatçısıdır. Nurkanat Ajiqanov isə yeniyetmələr arasında Asiya oyunlarının gümüş mükafatını qazanıb.
Follow @7timesaz