Maqazin

Rəşad Dağlının oğlunun ad günü oldu, yalnız üç meyxanaçı iştirak etdi – VİDEO

Rəşad Dağlının oğlunun ad günü oldu, yalnız üç meyxanaçı iştirak etdi – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qətl törətməkdə təqsirləndirilərək həbs olunan meyxanaçı Rəşad Dağlının oğlu Yusif Əmirovun doğum günü qeyd edilib.

7Times.az  “interpress.az”a istinadən xəbər verir ki, Rəşad Dağlının oğlunun doğum günündə meyxanaçılar – Orxan Lökbatanlı, Balaəli Maştağalı və Ruslan Müşviqabadlı iştirak ediblər.

Meyxanaçılar Yusiflə birgə kafedə kiçik məclis qurublar.

Lentə alınan videodan görünür ki, doğum günündə digər meyxanaçılar iştirak etməyib.

Qeyd edək ki, ötən ay Rəşad Dağlı Qaradağ rayonu Lökbatan qəsəbəsində 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi qətlə yetirib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Rəşad Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.