“Rövnəq Abdullayevin zamanında yetərincə uğur var idi. Bunu inkişaf etdirməyə çalışacağıq”.
7times.az xəbər verir ki, bunu Cüdo Federasiyasının yeni prezidenti Rəşad Nəbiyev keçirilən hesabat-seçki konfransından sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, əsas hədəf Paris Olimpiadasıdır:
“Haradasa 14-15 yaşına kimi cüdo ilə məşğul olmuşam. Müəyyən işlər görmək, baş məşqçi haqqında danışmaq lazımdır”.
R.Nəbiyev seçki barədə təəssüratlarını Tvitter hesabında da bölüşüb:
“Azərbaycan Cüdo Federasiyasının prezidenti seçildim. Etimad göstərən hər kəsə dərin təşəkkürümü bildirirəm. Federasiyamızın əsas məqsədlərini beynəlxalq idman yarışlarında qələbə qazanmaqla bərabər, gənclərimizin milli vətənpərvərlik ruhunda inkişafına töhfə verməkdə görürəm”.
Follow @7timesaz