Region

Rəsul Quliyev: “Nə qədər ki, Putin var, Rusiyadan canımızı qurtara bilməyəcəyik”

Rəsul Quliyev: “Nə qədər ki, Putin var, Rusiyadan canımızı qurtara bilməyəcəyik”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sentyabrın 2-də Xankəndində ermənilər “müstəqillik” elan etdiklərinin 30 illiyini qeyd etməyə hazırlaşırlar. Rusiya “sülhməramlı”ları vasitəsilə zorla Xankəndinə gətirilmişlərə bu mərasimi həyata keçirmək üçün hər tərəfli dəstək verir, Laçın dəhlizindən bu əldə qayırma yubileydə iştirak etmək üçün Ermənistandan istər parlament üzvülərini, istərsədə çinovnikləri Xankəndinə gəlməyə həvəsləndirir və xüsusi müşayət dəstəsi yaradıb, Azərbaycanın “Dağlıq Qarabağ” adlı qurumun ləğv etdiyini yaddan çıxardıb”.

7times.azın xəbərinə görə, bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyev bildirib.

Sabiq spiker qeyd edib ki, Rusiya Vətən müharibəsi 44 deyil, 45 gün davam etsəydi, Xankəndidə və ətrafında bir nəfər erməni də olmazdı və Azərbaycanda nə Laçın dəhlizi, nə də “sülhməramlı” qüvvələr olacağını yadından çıxarır: “Ermənilərin “30 illik mərasim” qeyd etmələri Rusiyanın icazəsi və təşəbbüsü ilə keçirilir. Hər halda Azərbaycanda hər kəs bunu bilir. Rusiya özünü Azərbaycanın ağası hesab edir və bu fikrindən əl çəkməyə hazırlaşmır. Azərbaycanın Şuşada mərasim keçirməsini, Füzuli aeroportunun tikilməsini, Füzuli -Şuşa magistralının çəkilməsini onunla razılaşdırmaması və bu işlərin kosmik sürətlə görülməsini həzm edə bilmir, Azərbaycanı yerinə oturtmaq üçün “30 illik müstəqillik” uşaq oyunu təşkil edir. Azərbaycan Rusiyanın onun böyük qardaşı olmadığını ona başa salmalıdır. Türkiyə Azərbaycanda iştirakını gücləndirməlidir. Nə qədər ki, Putin var, biz Rusiyadan canımızı qurtara bilməyəcəyik. Bizə Vladimir Zelenskinin Baydenlə görüşü və ikitərəfli müdafiə müqaviləsinin bağlanmasının, Ukrayna, Gürcüstan və Moldovanın NATO-ya qəbul edilməsinin çox böyük xeyri ola bilər. Ermənistan Türkiyə və Azərbaycanla müqavilə bağlasa, rusların “sülhməramlı”ları ya öz xoşları ilə getməlidir, ya da işğalçı statusunda Azərbaycanda qalmalıdır”.