Dünya futbolunun canlı əfsanəsi Romario 58 yaşında futbolçu karyerasını bərpa edib.
Fanat.Az xəbər verir ki, Romarionun adı prezidenti olduğu klubun – D Seriyasında mübarizə aparan Rio de Janeyro təmsilçisi “Amerika”nın iştirak ərizəsinə salınıb.
ESPN FC onun dediklərini belə çatdırıb: “Başa düşün, mən çempionluq uğrunda mübarizə aparmıram. Ürəyimin komandasında bir neçə oyun keçirmək istəyirəm. Bundan başqa, daha bir arzumu yerinə yetirməyi hədəfləmişəm: oğlumla eyni komandada oynamaq.
Qeyd edək ki, Romarionun 30 yaşlı oğlu Romarinyo “Amerika”nın formasını geyinir.
Follow @7timesaz