İtaliyanın “Yuventus” klubunun dünyaca məşhur futbolçusu Kriştiano Ronaldonun komandadan ayrılacağı iddiaları sürətlə yayılmağa başlayıb.
7times.az xəbər verir ki, Portuqaliyalı futbolçu özü də Turin klubundan ayrılmaq istəyir. Ronaldonun Çempionlar Liqasında “Yuventus” forması ilə oynadığı 3 mövsümdə də yarım finala belə çıxa bilməməsi ayrılıq ehtimallarını gücləndirib.
Hətta “Yuventus”un Kriştianonu 60 milyon avroya satmağa hazır olduğuna dair xəbərlər yayılıb. Artıq Ronaldonu heyətinə qatmaq istəyən klubların da adı məlum olub. Belə ki, “İnter Mayami” və “PSJ” ulduz futbolçunun transferin üçün hərəkətə keçib.
Ən sürpriz iddia isə “Real Madrid” ilə bağlıdır. İspaniya nəhənginin Ronaldoya karyerasını “Real”da bitirməsi üçün təklif göndərəcəyi iddiaları yayılıb.
Qeyd edək ki, “Yuventus”da ilinə 31 milyon avro qazanan Kriştiano Ronaldonun klubla müqaviləsi 2022-ci ilin yayında başa çatır.
Elmir Kərimli
Follow @7timesaz