Maraqlı

Ronaldu sosial şəbəkədə yeni rekorda imza atıb

Ronaldu sosial şəbəkədə yeni rekorda imza atıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beşqat “Qızıl top”un sahibi, portuqaliyalı hücumçu Kriştianu Ronaldu “YouTube” platformasında rekorda imza atıb.

7Times.az ESPN-ə istinadən xəbər verir ki, oyunçunun yutub kanalı yaradıldıqdan cəmi bir saat yarım sonra ona bir milyon insan abunə olub.

“YouTube” bu nailiyyəti münasibətilə futbolçunu təbrik edib.

Xatırladaq ki, Ronaldo 2023-cü il yanvarın 2-də ildə 200 milyon avro aldığı müqaviləyə əsasən Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubunun futbolçusu olub. Portuqaliyalı karyerası ərzində beş dəfə “Qızıl top” qazanıb və beş dəfə Çempionlar Liqasının qalibi olub.