Kriştiano Ronaldu cari mövsümün sonunda “Əl-Nəsr”dən ayrıla bilər.
Offsideplus.az xəbər verir ki, onun haqqında iddialar günü-gündən artır. Sonuncu İngiltərənin “Mirror” nəşrindən gəlib.
Ronaldu “Beşiktaş”a gedə bilər. Xəbərdə verilən məlumata görə Ule-Qunnar Sulşerlə yenidən birlikdə işləmək onu cəzb edə bilər.
Əlavə edək ki, portuqaliyalı futbolçu Sulşerlə “Mançester Yunayted”də birlikdə çalışıb. Onlar eyni zamanda “qırmızı şeytanlar”da komanda yoldaşı olublar.
Ulduz hücumçunun Səudiyyə Ərəbistan klubu ilə müqaviləsi bu yay başa çatır. Onun yenidən Avropaya qayıdacağı istisna edilmir.
Follow @7timesaz