Ölkə

Rövşanə Ağasəfqızı onu qınayanlara cavab verdi: “Əvvəlki mühit yoxdur”

Rövşanə Ağasəfqızı onu qınayanlara cavab verdi: “Əvvəlki mühit yoxdur”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış teleaparıcı Rövşanə Ağasəfqızı bu günlərdə dediyi bir fikirlə gündəm olub.

7Times.az xəbər verir ki, o, İTV-nin “Sabaha saxlamayaq” tok-şousunda son günlər böyük həssaslıqla yanaşılan mövzuya toxunub. Teleaparıcı kənddən paytaxta kütləvi şəkildə gələn insanlar haqda danışarkən, bu köçün şəhər mədəniyyətinə mənfi təsir etdiyini bildirib.

Rövşanə Ağasəfqızı deyib ki, şəhər mədəniyyətini təhsil, intellekt təşkil edir:

“Rayonda qadınlar gəlir xidmətçi işləməyə, dayə işləməyə, biz onlarla hansı şəhər mədəniyyətini formalaşdırcağıq?!”. Onun bu sözləri zalda əyləşən iştirakçılar tərəfindən alqışla qarşılanıb.

Aparıcı bu vəziyyətin ortaya çıxmasında təhsilsizliyi göstərib: “Bu gün təhsil bərbad gündədir, bunu net deyirəm”.

R.Ağasəfqızının bu fikirləri sosial şəbəkələrdə ciddi müzakirə edilib. Aparıcını buna görə sərt formada tənqid ediblər.

Məsələ ilə bağlı 7Times.az-ın əməkdaşı Rövşanə Ağasəfqızı ilə əlaqə saxlayıb. O bildirib ki, daha əvvəllər rayonlardan paytaxta təhsil almaq üçün gələrdilər, bu gün ehtiyac üzündən gəlirlər:

“Mən orada qınaq atəşinə tutulası bir söz deməmişəm. Sadəcə, saytların manşetə çıxardıqları başlıq tamam yanlışdır. Dediyim odur ki, şəhər mühitini nə kəndli, nə şəhərli formalaşdırır. Şəhər mühitini beyin, intellekt, savad formalaşdırır. “Hər birimiz yaxşı bilirik ki, kənd yerlərində demək olar iş yoxdur. Əgər rayonlarda yetərincə iş olsa, insanlar Bakıya üz tutmaz! Oturar doğulub, boya-başa çatdığı rayonda, rahat işini işləyər. Əvvəlki mühit yoxdur. İnsanlar işdən vaxt tapıb teatra gedə bilmir. Əlbəttə, təhsil almaq üçün gələnlər bu gün də var”.

7Times.az