Xalq artisti Röya Ayxanın qardaşı İsmayıl müğənnilik fəaliyyətini Azərbaycanda davam etdirməyi qarşısına məqsəd qoyub.
7times.az xəbər verir ki, 4 yaşından İstanbulda böyüyən İsmayıl iki qardaş dövlət arasında mədəni bağların güclənməsi üçün əlindən gələni edəcək:
“Türkiyədə İstanbul Aydın Universitetinin “Radio, Televiziya və Musiqi” ixtisasını bitirmişəm. Uzun müddət ifaçılıq sənəti üzrə özəl dərslər almışam. Türk musiqisini peşəkar səviyyədə bilirəm. Azərbaycan musiqisi isə mənim canımda, qanımda, genlərimdədir. Bakıya gəlməyimin də məqsədi Allahın izni ilə məhz iki dövlət arasında musiqi sahəsində böyük işlər görməkdir”.
Bakıda xeyli işlər görəcəyini bildirən İsmayıl, Türkiyədə gördüyü işləri də yarımçıq qoymadığını açıqlayıb:
“Mənim İstanbulda musiqi şirkətim var. Bakıda işlərim necə davam edəcəksə, İstanbulda da eyni tempdə işlərimiz gedəcək. Bu yaxında yeni mahnım, yeni klipim və fotosessiyam olacaq. Azərbaycan tamaşaçısı hələ ki, məni yaxşı tanımır. Əlimdən gələni edəcəm ki, onların sevgisini qazanım”./shownews.az