Həbs edilən Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri Rüfət Haciyevin atası Malik Haciyev Baş prokuror Kamran Əliyevin ötən gün paytaxtın Qaradağ rayonunda keçirdiyi vətəndaş qəbulunda iştirak edib.
“7Times.az” xəbər verir ki Malik Haciyev baş prokurordan hazırda həbsdə olan oğlu Rüfət Haciyevə kömək etməyi xahiş edib.
Qeyd edək ki,R.Hacıyev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət almaq) maddəsi ilə cinayət işi açılıb.
Binəqədi Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.
Follow @7timesazGülay
7Times.az