Dünya

“Rusiya demokratik ölkədir” – Peskov

“Rusiya demokratik ölkədir” – Peskovbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya tamamilə demokratik ölkədir və bunun əksini söyləyənlər rus həyatının xüsusiyyətlərini bilmirlər”.

7times.az xəbər verir ki, bunu Rusiya  Prezidentinin mətbuat katibi Dmitri Peskov “Rossiya-1” telekanalının efirində deyib.

Peskov “Moskva. Kreml. Putin” proqramına müsahibəsində Vladimir Solovyovun suallarını cavablandırıb.

“Rusiya həqiqətən güclü, çox qürurlu və çox azad insanların yaşadığı tamamilə demokratik ölkədir. Əgər kimsə bunun əksini deyirsə, o, sadəcə olaraq bizim ölkəmizi bilmir və anlamır”, – Peskov bildirib.

Aparıcının Rusiyanın diktatura, yoxsa demokratiya olması sualını şərh edən Kreml sözçüsü vurğulayıb ki, bu, ilk növbədə, suveren dövlətdir:

“Biz Rusiya Federasiyasıyıq, biz suveren dövlətik. Prezident Vladimir Putinin əlində nə çox, nə də az Rusiyanın Konstitusiyasında nəzərdə tutulan hakimiyyət cəmləşib”, – o deyib.