Aktual

“Rusiya dinc əhali arasında qurbanların sayını gizlətmək üçün cəsədləri məhv etmək istəyir”

“Rusiya dinc əhali arasında qurbanların sayını gizlətmək üçün cəsədləri məhv etmək istəyir”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Düşmən Mariupol şəhərini də tam nəzarətə götürməyə cəhd edir, dinc əhali arasında qurbanları gizlətmək məqsədilə cəsədləri yandırır
Rusiya qoşunları Xarkova yeni hücum üçün ehtiyatlarını səfərbər edib.
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç aprelin 10- da brifinq zamanı məlumat verib.
“Xarkov rayonunda düşmən ehtiyatlarını cəmləşdirir, təmir taborlarını toplayır, bunlar da yeni qüvvələrin müdaxiləsini təmin etməlidir.
Lakin hava şəraiti rusiyalıların hücumunu ləngidəcək, Arestoviç əlavə edib.
Yaxın 10 sutka ərzində hava proqnozu yağıntıların, özü də hər gün 50 mm olacağını göstərir. Bu o deməkdir ki, düşmənə hücum etmək çətin olacaq, çünki torpaq qabaracaq. Göründüyü kimi, səma da bizə işləyir”, – müşavir deyib.
Bir az əvvəl “Maxar Technologies” şirkətinin  peyk şəkillərində Xarkov istiqamətində hərəkət edən uzunluğu 12, 8 km olan Rusiya hərbi karvanı görünür. Karvan Xarkov istiqamətində cənuba doğru Böyük Burluk (Xarkov vilayəti) şəhər tipli qəsəbəsindən, Ukrayna ilə Rusiya arasında sərhəd yaxınlığından hərəkət edib.
Son sutka ərzində Rusiya qoşunları Xarkov vilayətinin cənubunda İzyum şəhəri yaxınlığında Ukrayna ordusunun müdafiəsini yarmaq istəyib, lakin uğursuzluğa düçar olub.
“Rusiyalıların hücum əməliyyatları keçirməyə cəhd etdikləri daha bir məntəqə Xerson vilayətinin Aleksandrovka məntəqəsidir”, – Arestoviç əlavə edib
Onun sözlərinə görə, bu cəhd də uğursuz olub, Rusiya qoşunları “bölük taktiki qrupun sayı qədər itki verib”.
Rusiyalılar həmçinin Mariupol üzərində tam nəzarəti əldə etməyə cəhd edir, aprelin 10- da Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahında məlumat verilib.
Şəhər ay yarımlıq blokada müddətində dəhşətli dağıntılara məruz qalıb. Güman edilir ki, rusiyalılar dinc əhali arasında qurbanların sayını gizlətmək məqsədilə həlak olan şəhər sakinlərinin mobil krematorilərdə olan cəsədlərini məhv etmək istəyir.