Dünya

Rusiya hərbçisi yoldaşlarını güllələyib – Ukrayna tərəfə keçdiyi güman olunur

Rusiya hərbçisi yoldaşlarını güllələyib – Ukrayna tərəfə keçdiyi güman olunurbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 11-də axşam saatlarında Belqorod vilayətindəki hərbi dislokasiya məntəqəsində atışma olub, ölənlər və yaralananlar var.

7Times.az  xəbər verir ki, bu barədə Rusiyanın “Baza” “teleqram” kanalı öz mənbələrinə istinadla məlumat yayıb.

Bildirilir ki, ilkin məlumata görə, atışmadan sonra axtarış planı elan edilib.

Məlum olub ki, atışmanı törədən Çuvaşiyadan olan Aleksey adlı 29 yaşlı hərbçidir. Onun orduda müqavilə əsasında xidmət etdiyi bildirilir: “İyulun 11-də axşam saatlarında baş verən atışmadan sonra qaçan şəxs özü ilə “Kalaşnikov” avtomatı və 70 patron götürüb”.

Rusiyanın “SHOT” kanalının məlumatına görə isə gecə saatlarında Belqorod vilayətinin Kozinski rayonundakı hərbi hissədə müqaviləli əsgər digər hərbçilərə hücum edib. O, iki nəfəri güllələyərək qətlə yetirib, birini yaralayıb və bundan sonra silahla qaçıb. Xəbərdə qeyd olunur ki, hərbçinin Ukrayna tərəfə keçdiyi ehtimal edilir.

“AzPolitika”