Aktual

Rusiya məğlub olsa, Ermənistan DƏRHAL BU ƏRAZİLƏRİ BOŞALDACAQ

Rusiya məğlub olsa, Ermənistan DƏRHAL BU ƏRAZİLƏRİ BOŞALDACAQbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qlobal təhlükəsizliyin hökm sürməsi üçün Rusiyanın məğlubiyyəti lazımdır, çünki Rusiya bölündüyü iddialarının əksinə olaraq, Sovet İttifaqından bəri dünyanın hər yerində dayanmadan parçalanmalara səbəb olub”.

Bunu Milli.Az-a açıqlamasında amerikalı analitik İrina Tsukerman deyib.

Amerikalı analitik bildirib ki, Ruisya müharibədə məğlub olsa Ermənistan əhəmiyyətli himayədarını itirəcək:

“Əslində, Rusiya, Cənubi Qafqaz kimi yerlərdə münaqişələr yaratmış, gərginliyi daha da artırmaq üçün sülhməramlılar və Ermənistandakı hərbi bazalar, İrəvana siyasi təzyiqlər vasitəsilə regiona münaqişə ocağını alovlandırmaqda davam edir.

Güclü hərbi məğlubiyyət halında, Rusiya enerji ilə bağlı gözləntiləri yerinə yetirə bilmədiyi üçün indiki bir çox müttəfiqləri arasında rəğbətini itirəcək. Nəticədə Ermənistan əhəmiyyətli himayədarını itirəcək və çox güman ki, nəhayət, öz kursunu və regiondakı gələcək rolunu yenidən nəzərdən keçirmək məcburiyyətində qalacaq.

Bu, təkcə Nikol Paşinyana deyil, hələ də “Böyük Ermənistan” vizyonunu saxlayan daha aqressiv revanşist eşelonlara şamil ediləcək. Belə olan təqdirdə erməni silahlı qüvvələri, ilk növbədə Azərbaycanın hüdudlarını tərk etməyə məcbur edilə bilər. Nəticədə Rusiyanın cəzalandırılması uzun illərdir başqa ölkələrnin ərazilərini zəbt edib, işğala məruz qoyan bir azğın rejimin də nəfəsinin kəsilməsi ilə nəticələnə bilər”.