İdman

Rusiya milisinin baş məşqçisi istefaya göndərildi

Rusiya milisinin baş məşqçisi istefaya göndərildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə Rusiya milli komandasının baş məşqçisi Stanislav Çerçesov istefaya göndərilib.

7times.az xəbər verir ki, bu qərar Rusiya Futbol İttifaqı (RFS) və baş məşqçi arasında qarşılıqlı razılıq əsasında qəbul edilib.

Baş məşqçinin istefaya göndərilməsinə Rusiya millisinin Avropa çempionatında zəif çıxışı səbəb olub. Rusiya millisi “Avro-2020”nin B qrupunda 3 xalla dördüncü yeri tutub və səkkizdəbir finala yüksələ bilməyib.

Qeyd edək ki, Avropa çempionatının iyulun 11-də keçiriləcək final matçında İtaliya və İngiltərə yığmaları üz-üzə gələcək. “Uembli” stadionunda keçiriləcək həmin görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.