Dünya

“Rusiya ordusunun 5000 nəfərədək şəxsi heyəti Ukraynadan çıxarılıb” – KİV

“Rusiya ordusunun 5000 nəfərədək şəxsi heyəti Ukraynadan çıxarılıb” – KİVbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynadakı hərbi əməliyyatların Rusiya ərazisinə sıçraması səbəbindən qarşı tərəfin Silahlı Qüvvələrinin 5000 nəfərdək şəxsi heyəti Ukrayna ərazisindən çıxarılıb.

APA-nın xəbərinə görə, bu barədə yazı “The Wall Street Journal” qəzetində dərc olunub.

Bu arada, Ukrayna ordusunun Rusiya ərazisində ABŞ istehsalı olan “Bradley” və “Stryker” markalı zirehli hərbi texnikadan istifadə edir. Buna səbəb isə odur ki, Ukraynanın cənub və şərq hissələrində minalanmış sahələrin çoxluğu və qarşı tərəfin PUA-lardan yararlanması səbəbindən sözü gedən texnikanı həmin ərazilərə yönəltmək mümkünsüzdür.

Onu da əlavə edək ki, ABŞ Rusiya ərazisindəki hədəflərlə bağlı kəşfiyyat məlumatlarını məqsədli şəkildə Ukrayna tərəfinə ötürmür. Bununla rəsmi Vaşinqton Ukraynanın Rusiyaya hücumunun təşkilatçısı olmaq istəmir.