Aktual

“Rusiya silahları metal qırıntılarıdır” – Erməni müdafiə nazirinin Moskva səfərinin DETALLARI

“Rusiya silahları metal qırıntılarıdır” – Erməni müdafiə nazirinin Moskva səfərinin DETALLARIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın müdafiə naziri Suren Papikyanın Moskva səfəri “Ordu 2022” hərbi-sənaye kompleksi sərgisini ziyarət etməklə başlayıb. Suren Papikyan ən son nümunələrlə tanış olub, hərbi sənaye müəssisələrinin rəhbərləri ilə görüşüb, hərbi əməkdaşlıqla bağlı bir sıra məsələləri müzakirə edib”.

7Times.az xəbər verir ki, bu barədə Ermənistanın “Lragir” nəşri “Nazir metal qırıntıları üçün gedib” başlıqlı məqaləsində yazır.

“Rusiyanın adi silahlarının keyfiyyəti Qarabağ müharibəsi zamanı, az sayda qeyri-rus silahlarının Bakıya ciddi üstünlük verdiyi zaman açıq şəkildə ortaya çıxdı. Buna hava hücumundan müdafiə sistemlərinin (Rusiya-Ermənistan) işləməməsi də əlavə edilməlidir.

Ancaq bütün “parlaqlığı” ilə Rusiya silahları Ukraynada özünü göstərdi, xüsusən də Ukrayna ordusu NATO standartlarına uyğun ağır texnika aldıqdan sonra.

Saylarının müqayisə olunmayacaq qədər az olmasına baxmayaraq, bu silahlar sayəsində Ukrayna ordusu döyüş meydanında vəziyyəti düzəltməyə və Rusiya ordusunun qərargahlarına, komanda məntəqələrinə və mühüm infrastruktur obyektlərinə dəqiq dəqiq zərbələr endirməyə nail oldu.

Bu da irimiqyaslı hücumların mümkünlüyünü minimuma endirdi. Nəticədə Rusiya ordusunun təchizat zəncirləri və koordinasiya əlaqələri pozuldu. İndiyədək Rusiya ordusu canlı qüvvə, silahların sayı və nüvə şantajı sayəsində öz mövqelərini qoruyub saxlaya bilib. Bununla da Qərbin Ukraynaya kütləvi silah tədarükünün qarşısını almağa çalışır.
Öz növbəsində, sanksiyalara görə Rusiya hərbi sənaye kompleksi ciddi problemlərlə üzləşib, çünki az-çox yüksək texnologiyalı nümunələrdə Rusiyanın təkbaşına istehsal edə bilmədiyi Qərb komponentləri və elektronikasından istifadə olunur. Moskva Türkiyə və Çinin köməyi ilə bu komponentləri “boz sxemlər”lə əldə etməyə çalışır, eyni zamanda soyuducu, paltaryuyan və digər məişət cihazlarında istifadə olunan çipləri “uyğunlaşdırmaq” istəyir.

“Rusiya kanalları ilə Ermənistan ordusunu modernləşdirmək” niyyəti barədə bəyanatlar, xüsusən də dünyada müharibələrin keyfiyyətinin dəyişdiyi bir vaxtda özlüyündə cəfəngiyyat kimi səslənir.

Ukrayna müharibəsi göstərdi ki, Rusiya silahları Qərbin texnoloji silahlarının zərbələrindən sonra metal qırıntılarına çevrilir”, – İrəvan nəşri qeyd edir.Bizim.Media