“Dünən Kremlə PUA-lar vasitəsilə edilən hücumdan sonra Rusiyanın Ukraynaya nüvə zərbəsi endirəcəyi ilə bağlı məlumatlar yayılıb. Bu, düşmənin növbəti informasiya və psixoloji əməliyyatıdır”.
“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat “Kiyevi Kremlə hücumda ittiham edən Rusiya bunun qarşılığında Ukraynaya nüvə zərbəsi endirəcək” iddiasına münasibət bildirərkən deyib.
“Dünən bütün Kreml ictimaiyyətində bu cür bəyanatlar var idi. Onlar bu barədə çox danışdılar. Biz başa düşməliyik ki, düşmənin əsas məqsədlərindən biri əhali arasında panika yaratmaqdır. Onlar panika yaradaraq, insanların ani qərarlarla ölkədən qaçmağını ya da mağazalardan ehtiyac duyduqlarından artıq ərzaq məhsulları almalarını istəyirlər”- deyə, İqnat bildirib.
Onun sözlərinə görə, belə informasiya hücumları insanlara mənfi təsir etsə də, Ukrayna xalqı artıq düşmənin bu cür təhdidlərinə öyrəşib.
Follow @7timesaz