Manşet

“Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi artıb” – İlham Əliyev

“Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi artıb” – İlham Əliyevbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva və Bakı ikitərəfli gündəlikdə duran məsələlərlə bağlı inamla irəliləməkdə davam edir. İlin ilk altı ayı ərzində ölkələr arasında ticarət dövriyyəsi artıb.

7times.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiya dövlət başçısı Vladimir Putinlə görüşü zamanı bildirib.

“İkitərəfli gündəliyimizdə duran məsələlərlə bağlı çox inamla irəliləyirik, ticarət dövriyyəsi ilk altı ayda böyüyüb. Bu, çox vacibdir, çünki keçən il 10%-dən çox bir azalma yaşadıq”, – deyə Azərbaycan Prezidenti bəyan edib.

İlham Əliyevin sözlərinə görə, tərəflər nəqliyyat və tranzit münasibətlərində də fəal şəkildə əməkdaşlıq edir.

“Şimal-Cənub nəqliyyat dəhlizi keçən ilə nisbətən təxminən 20% daha çox yük daşıyıb. Odur ki, dəhliz artıq daha böyük həcmdə çalışır”, – deyə prezident qeyd edib.