Region

Rusiya və Ermənistan müdafiə nazirlərinin telefon danışığı oldu

Rusiya və Ermənistan müdafiə nazirlərinin telefon danışığı oldubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan arasında telefon danışığı olub.

7times.az TASS-a istinadən xəbər verir ki, nazirlər Dağlıq Qarabağdakı mövcud vəziyyəti, həmçinin, hərbi və hərbi-texniki əməkdaşlığı müzakirə ediblər.

“Söhbət əsnasında ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlığın müxtəlif aspektlərinə, Rusiya sülhməramlılarının Dağlıq Qarabağda vəzifələrini yerinə yetirdiyi ərazilərdəki mövcud vəziyyətə və qarşılıqlı maraq doğuran digər məsələlərə toxunulub”, – deyə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.